Hadisə

Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb

Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb

Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb.

Demokrat.az "Report"a istinadla xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində baş verib.

Belə ki, mübahisə zəminində 1971-ci il təvəllüdlü İbrahim Əli oğlu Əliyev həyat yoldaşı, 1973-cü il təvəllüdlü Adilə Sabir qızı Ağayevanı və baldızı, 1977-ci il təvəllüdlü Ruhiyə Sabir qızı Quliyevanı bıçaqlayıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova