Hadisə

Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb

Ağcabədidə ağır yol qəzasında iki qardaş ölüb

Ağcabədi rayonu ərazisində baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.

Hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Belə ki "Hyundai" və "VAZ - 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ - 2107" markalı nəqliyyat vasitəsində olan iki nəfər dünyasını dəyişib.

Ölən şəxslərin qardaş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (Report)

NE
Nihadə Eyyubova