Türkiyəli müğənni Derya Uluğ görünüşündə etdiyi dəyişikliklə gündəmə gəlib.
Demokrar.az xəbər verir ki, uzun illərdir uzun saç modelindən istifadə edən sənətçi bu dəfə saçlarını kəsdirərək küt və qısa modelə üstünlük verib. Uluğ yeni görünüşünü ilk dəfə səhnəyə çıxdığı tədbirlərdən birində nümayiş etdirib.
Müğənninin yeni imici sosial şəbəkələrdə geniş müzakirə olunub. İzləyicilərin bir qismi onun yeni saç düzümünü bəyəndiyini bildirsə də, bəziləri Derya Uluğun uzun saçlarının daha çox yaraşdığını yazıb.
Qeyd edək ki, Derya Uluğ uzun müddətdir birlikdə olduğu musiqiçi Asil Göklə nişanlanıb. Təxminən 10 illik münasibətlərini nişanla rəsmiləşdirən cütlüyün toy hazırlıqları davam edir.




Jalə

