Maraqlı

Xəmiri mayalandırmadan pişi hazırlamağın yolu

Xəmiri mayalandırmadan pişi hazırlamağın yolu

Səhər yeməyi süfrələrinin sevilən təamlarından olan pişini hazırlamaq üçün xəmirin saatlarla mayalanmasını gözləməyə ehtiyac yoxdur.

Demokrat.az xəbər verir ki, qabartma tozu və soda ilə hazırlanan bu resept qısa zamanda yumşaq və həcmli pişilər əldə etməyə imkan verir.

Ərzaqlar:

* 3 stəkan un

* 1 stəkan qatı qatıq

* 1 yumurta

* 1 paket qabartma tozu

* 1 çay qaşığı karbonat

* 1 çay qaşığı sirkə

* 1 çay qaşığı duz

* 1 çay qaşığı şəkər

* Qızartmaq üçün günəbaxan yağı

Hazırlanması:

Qatıq, yumurta, sirkə, duz və şəkəri qarışdırın. Qabartma tozu, karbonat və unu tədricən əlavə edərək yumşaq xəmir yoğurun. Xəmiri örtüb 15-20 dəqiqə dincə qoyun.

Daha sonra xəmiri təxminən yarım santimetr qalınlığında yayın və stəkanla kəsin. Yaxşı qızdırılmış yağda hər iki tərəfi qızılı rəng alana qədər qızardın.

Pişinin yumşaq və yaxşı qabarması üçün xəmiri çox bərk etməmək, unu tədricən əlavə etmək və yağı həddindən artıq qızdırmamaq vacibdir. Tavaya çoxlu xəmir tökmək də yağın temperaturunu aşağı salaraq pişinin yaxşı qızarmasına mane ola bilər.

Karbonatın qatıq və sirkə ilə reaksiyası xəmirin qabarmasına kömək edir. Həmçinin xəmir parçalarının üzərinə çəngəllə deşiklər açmaq məsləhət deyil.

R
Redaktor