FİFA "Fənərbağça"ya 3 transfer dönəmi müddətinə transfer qadağası tətbiq edib.
Demokrat.az xəbər verir ki, maliyyə işi ilə əlaqəli olduğu bildirilən cəzanın müvafiq ödəniş həyata keçirildiyi təqdirdə aradan qaldırıla biləcəyi məlum olub.
FİFA-nın rəsmi transfer qadağaları reyestrində İstanbul təmsilçisi üçün 3 transfer dönəmi müddətinə məhdudiyyət olduğu görünür. FİFA-nın sistemində yer alan məlumatlara görə, iş üzrə müəyyən edilmiş məbləğ ödənildiyi halda "Fənərbağça"nın transfer qadağasına xitam verilə bilər. Klubun müvafiq maliyyə öhdəliyini yerinə yetirməsi sanksiyanın tətbiqi prosesinə birbaşa təsir göstərəcək. Bu səbəbdən FİFA-nın reyestrində 3 transfer dönəmi kimi göstərilən qadağa ödəniş həyata keçirildiyi halda qüvvədə qalmaya bilər.
"Fənərbağça"ya tətbiq edilən sanksiyanın hansı işdən qaynaqlandığı və iş çərçivəsində müəyyən edilmiş ödəniş məbləği ilə bağlı mövcud qeyddə ətraflı məlumat yoxdur. Klub da məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Jalə

