
19 aprel tarixindən geri qaytardığım 6 məhsuldan “Temu” sadəcə 1 məhsulu qəbul edərək, digərlərinin ortada olmadığını bildirir. Halbuki məhsullar göndərilib və sistem tərəfindən qəbul edilib. Ancaq nə “Temu” kömək edir, nə də sifarişlərimiz çatdıran “Expargo” şirkəti.
Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Gülxarə Rzayeva məlumat paylaşıb. O bildirib ki, “Expargo” tərəfindən 24 aprel məhsullar “Temu”ya göndərilib və sistem tərəfindən qəbul edilib:
“Məhsulların ortada olmamasını və “Temu”nun vəsaiti qaytarmamasını “Expargo” əməkdaşlarına (Instagram və Facebook üzərindən) bildirdikdə, bağlama məlumatlarının məxfi məlumat olduğunu və heç bir məsuliyyət daşımadıqlarını bildirirlər.
“Temu” ilə əlaqəyə keçmələrini xahiş etdikdə isə imtina edirlər və kömək edə bilməyəcəklərini qeyd edirlər”.
Müştəri həm “Temu”dan, həm də “Expargo”dan şikayətçidir.
Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.