Fransız aktyor seksual qısnamada təqsirli bilindi

ŞOU-BİZNES 13 may 2025, 13:49
Paris məhkəməsi aktyor Jerar Depardyeni seksual qısnama işində təqsirli bilib.
 
Yenisabah.az BFMTV-yə istinadla xəbər verir ki, təqsirləndirilən şəxsə 18 ay şərti həbs cəzası verilib.
 
Məhkəmə qeyd edib ki, cəza təyin edilərkən aktyorun yaşını - 76 yaşı olduğunu və səhhətinin vəziyyətini nəzərə alıblar.
 
Məhkəmə iclasında Depardye iştirak etməyib.
 
Kino ulduzunun vəkili Ceremi Assu daha əvvəl Depardyeyə qarşı irəli sürülən ittihamların yalan olduğunu bildirib. Prokuror onun barəsində 1 il yarım şərti cəza istəyib. Məhkəmə mart ayından davam edir.
 
Depardyeyə qarşı iş 2 qadının iddia ərzisəsi ilə qaldırılıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top