Fəhlənin sinəsinə armatur batdı — Xəstəxanada keçindi

HADİSƏ 13 may 2025, 13:39
Ağdam şəhərində iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb.
 
Demokrat.az xəbər verir ki, hadisə zamanı fəhlə Sənan Mustafayevin sinəsinə armatur batıb.
 
Bərdə Diaqnostika Mərkəzinə çatdırılan yaralının xilas edilməsi üçün tibb müəssisəsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.
 
S.Mustafayev Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top