Ərəblər zənginlik mövzusunda hər yerdə gündəmə gəlirlər. İngilis mediası bu dəfə ərəblərin ən bahalı alış-verişinin siyahısını hazırlayıb.
Demokrat.azxəbər verir ki, siyahıda onların ödədiyi ən yüksək hesablar yer alıb.
14 milyon dollarlıq avtomobil nömrə nişanı – Ərəb iş adamı Səid Əbdul Qəffar Xuri Əbu-Dabidə tək rəqəmli “1” nömrə nişanını alaraq onu dünyanın ən bahalı nömrə nişanı edib.
80 şahin üçün təyyarə bileti – Səudiyyəli şahzadə 80 şahini üçün təyyarədə ayrıca yerlər alıb, hər quş üçün minlərlə dollar ödəyib ki, onlar təhlükəsiz səyahət edə bilsinlər.
500 milyon dollarlıq yaxta – Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman dünyanın ən böyük lüks yaxtalarından biri olan “Serene” yaxtasını 500 milyon dollara alıb.
450 milyon dollarlıq Da Vinçi tablosu – “Salvator Mundi” adlı tablo Səudiyyəli şahzadə Bədr bin Abdullah tərəfindən hərracda alınıb və bu, tarixdə satılmış ən bahalı rəsm əsəridir.
3 milyon dollarlıq dəvə – Körfəz ölkələrində keçirilən dəvə hərraclarında bir yarış dəvəsi təxminən 3 milyon dollara satılıb. Bu da bölgədə dəvələrə olan dərin mədəni sevgini əks etdirir. (Axşam.az)