Britaniya Suriya ilə diplomatik münasibətləri bərpa edir

DÜNYA 05 iyul 2025, 20:55

Böyük Britaniya 14 illik fasilədən sonra Suriya ilə diplomatik əlaqələri bərpa edib.

Demokrat.az xəbər verir ki, bu, Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin Suriyaya səfəri vasitəsilə baş tutub.

Bildirilib ki, XİN başçısı buraya ilk səfəri çərçivəsində Suriya hökumətinə beynəlxalq öhdəliklərini yerinə yetirməkdə dəstək verəcək.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, prezident Əhməd əş-Şaraa paytaxt Dəməşqdə İngiltərənin xarici işlər naziri Lammini qəbul edib.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybaninin də iştirak etdiyi görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın gücləndirilməsi yollarını, regional və beynəlxalq hadisələri müzakirə ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top