Ağstafa rayonunda ata-anasına baş çəkməyə gələn gənc oğlan həbs edilib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyunun 16-da Ağstafa rayonunun kəndlərindən birində baş verib.
Qazax rayon sakini, 2003-cü il təvəllüdlü Əsəd Vəliyev (ad-soyad şərtidir – red.) həmin gün saat 23 radələrində kənd ərazisində yerləşən su kanalının kənarında həmkəndlisi Vüsal Nəbiyev digər həmkəndlisi və tanışı Samirəyə aid şəkilləri sonuncudan istəməsini irad tutub.
O, Vüsaldan qızdan əl çəkməsini, onu narahat etməməsini tələb edib. Bununla bağlı onların arasında mübahisə yaranıb. Mübahisə zamanı müttəhim zərərçəkmiş şəxsi çənəsinin sol nahiyyəsindən bir dəfə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona verilən ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “1955” adlanan restoranda ofisiant işləyir və arada bir yaşadığı kəndə ata-anasına baş çəkməyə gəlir:
“İyunun 13-də Bakı şəhərindən yaşadığım kəndə gəldim. Ayın 16-da Samirə mənə zəng etdi və köməklik istədi. Mən isə ona nə kimi köməklik etmək istədiyini soruşdum. Dedi ki, Vüsal onu təhdid edir. Onunla danışmağımı, ondan əl çəkməsini tələb etməyimi xahiş etdi. Bu səbəbdən iyunun 16-da, saat 23 radələrində Vüsalla görüşdüm. Görüş zamanı məni söydüyü üçün onu yumruqla vurdum”.
Bu cinayət işinə Ağstafa Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb.
Vüsalın təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürməsi də məhkəmədə tədqiq olunub.
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az