Bakıda Azərbaycan-Sloveniya İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun I iclası keçiriləcək. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 24,47 % azalaraq 30,08 milyon ABŞ dolları təşkil edib. Belə ki, Sloveniyadan idxal 23,53 % azalaraq 21,95 milyon ABŞ dolları, Azərbaycandan ixrac isə 26,92 % azalaraq 8,13 milyon ABŞ dolları təşkil edib.
Bu iclas Azərbaycanın iqtisadiyyatına necə təsir edəcək?
Bununla bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətlər o qədər də güclü deyil:
“Ticarət dövriyyəsi aşağı səviyyələrdə cərəyan edir. Bu tipli toplantıların əsas məqsədi odur ki, ticarət dövriyyəsi artırılsın. Qarşılıqlı layihələrdə, ticarət əlaqələrində kifayət qədər ciddi irəliləyişlərə nail olmaq olsun. Belə toplantıların əsas məqsədi odur. Əgər belə iclaslar nəticəsində hansısa yeni əlaqələr qurulacaqsa, yeni müqavilələr imzalancaqsa bu, əlbəttə çox yaxşı haldır. Bu bötüvlükdə Azərbaycan iqtisadiyyatına pozitiv nəticə göstərə bilər”.
Leyla Turan
Demokrat.az