“Uzun illər boyunca Türkiyə PKK terror təşkilatının törətdiyi vəhşiliklərdən əziyyət çəkib. Bu müddət ərzində minlərlə türk əsgəri şəhid olub, yüzlərlə ailə faciə ilə üzləşib. Allah bütün şəhidlərə rəhmət eləsin, qazilərimizə şəfa diləyirik”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, xüsusilə son on ildə Türkiyə terrora qarşı mübarizədə yeni yanaşmalar tətbiq edib:
“Sərhədlərdən kənarda həyata keçirilən strateji əməliyyatlar nəticəsində PKK-nın fəaliyyəti ciddi şəkildə məhdudlaşdırılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət, terrora qarşı sərt və ardıcıl mübarizə təkcə Türkiyə daxilində deyil, regionda da sabitliyin təmin olunmasına xidmət edib. Bu siyasət Milliyyətçi Hərəkat Partiyası başda olmaqla, bir çox siyasi qurum tərəfindən dəstəklənib. Sevindirici haldır ki, artıq PKK terror təşkilatı öz fəaliyyətini dayandırdığını bəyan edib. Bu, təkcə Türkiyənin deyil, bütün bölgənin təhlükəsizliyi və sabitliyi baxımından çox mühüm bir uğurdur. Ümid edirik ki, bundan sonra bu və ya digər formada terrora əl atan bütün qurumlar silahı bir kənara qoyub, problemlərin həllini siyasi dialoq müstəvisində axtarmağa üstünlük verəcəklər”.
Deputat əlavə edib ki, bu, uğur, eyni zamanda Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır:
“Çünki biz də uzun illər erməni separatizmi və terrorizmi ilə mübarizə aparmışıq. Şükürlər olsun ki, bu mübarizənin nəticəsi olaraq Azərbaycan bu gün tam suveren ərazilərinə sahibdir və regionda davamlı sülhün bərqərar olunması üçün sülh sazişi istiqamətində Ermənistanla danışıqlar aparır. Bu, həm də sübut edir ki, Türk dövlətləri, xüsusilə Azərbaycan və Türkiyə gücləndikcə regionda söz sahibi olurlar. Biz əminik ki, bu birlik və güc sayəsində Türk dünyası gələcəkdə daha sabit, daha güclü və daha ədalətli bir bölgə yaradacaqdır”.
Leyla Turan
Demokrat.az