Avropa Parlamenti SEPAH-ı terror təşkilatları siyahısına salmağı təklif edib

DÜNYA 18 yan 2023, 23:59
Avropa Parlamenti (AP) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına əlavə edilməsi üçün Avropa İttifaqına (Aİ) çağırış edib.

APA xəbər verir ki, bu gün AP-də keçirilən səsvermədə 598 deputat qərarın lehinə, 9-u əleyhinə səs verib.

Parlament üzvləri son dövrlədə İranda etirazçıların edam edilməsindən dəhşətə düşdüklərini bəyan ediblər.

“İnqilab Keşikçiləri öz xalqını və bütün regionu terrorla təhdid etdiyi müddətcə onlara terrorçu kimi yanaşacağıq və onları sanksiyalar siyahısına əlavə edəcəyik”, - deyə almaniyalı deputat Hannah Neumann bildirib.

AP-nin 19 yanvarda İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına əlavə edilməsinə çağırış da daxil olmaqla İranla bağlı növbəti qətnaməni qəbul edəcəyi gözlənilir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına əlavə edilməsindən sonra bu qrupa üzvlüyə, onun iclaslarında iştiraka və simvollarını ictimai məkanlarda daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top