Ərdoğan xəbərdarlıq etdi: "İsveçlə əlaqələr daha da gərginləşə bilər"

REGİON 16 yan 2023, 22:45
İsveçdə PKK/YPG terror təşkilatı tərəfdarlarının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf aldıqları nümayişlə bağlı yeni məlumatlar yayılıb.
 
Demokrat.az
İsveç mətbuatına istinadən xəbər verir ki, ölkə məhkəməsi məsələ ilə bağlı ilk qərarını verib.
 
Qərarda "qanunsuz cinayət törədilməyib" ifadəsi yer alıb.
 
Mövzuyla əlaqədar, Ərdoğan açıqlamasında vurğulayıb ki, İsveç bu vəziyyətə qarşı doğru qərar verməsə, İsveçlə əlaqələr daha da gərginləşə bilər.
 
Bu anın görüntülərini terror təşkilatı PKK/YPG ilə əlaqəli sosial media hesablarında paylaşan qrup türkcə altyazılarla Türkiyəni və prezident Ərdoğanı hədəfə alaraq təhdidlər edib.
 
İsveç məhkəmə sistemi də hadisə ilə bağlı qalmaqallı ifadələr işlədib. İsveçin ən çox oxunan qəzetlərindən biri olan "Aftonbladet"-in yazdığına görə, İsveç məhkəməsi məsələ ilə bağlı ilk qərarını verib.
 
Qəzetə danışan rayon prokuroru Lukas Eriksson qalmaqallı açıqlama verib:

"Mən bu işi böhtan iddiası kimi qəbul edirəm, lakin bunun təhqir üçün kifayət etmədiyini düşünürəm. Ona görə də ilkin araşdırmaya başlamamağa qərar verdim".
 
İsveçin Baş naziri Ulf Kristersson ölkənin "TV4" kanalına verdiyi açıqlamada hadisəyə reaksiya verib. Hərəkətin məsuliyyətsiz alındığına diqqət çəkən Kristersson, İsveçin NATO-ya üzvlük müraciətinə qarşı təxribat olaraq hazırlandığını deyib. İsveçin təhlükəsizliyi üçün təhlükəli bir vəziyyətdir deyib.
 
Kristersson həmçinin əlavə edib ki, bir ölkənin demokratik yolla seçilmiş liderinin bu cür saxta edamının İsveçdə həyata keçirilməsi çox ciddi bir vəziyyətdir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top