Filippin hava məkanını bağladı

DÜNYA 01 yan 2023, 21:06
Yanvarın 1-də Filippin hakimiyyəti hava hərəkətinə nəzarət sistemindəki nasazlıq səbəbindən paytaxt Manilaya və Maniladan uçuşu dayandırıb ki, bu da ölkənin digər istiqamətlərinə uçan aviaşirkətlərin hava məkanından istifadəsinə mane olub.

Filippinin nəqliyyat naziri Hayme Bautista yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyib və hadisənin mərkəzi hava hərəkətinə nəzarət sistemində elektrik kəsilməsi səbəbindən baş verdiyini, bunun ölkənin bütün hava limanlarının fəaliyyətinə də təsir etdiyini bildirib.

Ümumilikdə qəza nəticəsində 282 reys gecikib. Uçuşları Manila Beynəlxalq Hava Limanına bağlı olan təxminən 56 min sərnişin digər regional hava limanlarına istiqamətləndirilib.

Köhnəlmiş mövcud avadanlıqların dərhal yenilənməsinin vacibliyini bildirən nazir ehtiyat sistemə ehtiyac olduğunu vurğulayıb.

Manila Beynəlxalq Hava Limanı İdarəsi açıqlamasında sistemin qismən bərpa edildiyini və bunun məhdud sayda uçuşlara icazə verdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top