Rusiyalı oliqarxlar müharibəyə görə 95 milyard dollar itiriblər

BİZNES 30 dek 2022, 23:12
Rusiyalı oliqarxlar sanksiyalar fonunda 2022-ci ildə Ukraynadakı müharibəyə görə 95 milyard dollar itirib.

Demokrat.az
bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, rusiyalı oliqarxlar fevralın sonunda Rusiyanın işğala başlamasından sonra təqribən hər gün 330 milyon dollar itirir.

Bu il ən çox itirən "Çelsi" futbol klubunun keçmiş sahibi Roman Abramoviç olub. Abramoviçin varidatı 57 faiz azalaraq 7,8 milyard dollar təşki edib. Abramoviç bu ilin martın 10-da nazirlərin onu Putin rejimi ilə “açıq-aşkar əlaqələri” və “əlləri qanlı” bir qrup zəngin rus iş adamına aid olmaqda ittiham etdikdən sonra Britaniya tərəfindən sanksiya tətbiq edilən ilk oliqarxlardan olub.

Enerji investoru və Putinin yaxın dostu Gennadi Timçenkonun varidatı 48 faiz azalaraq 11,8 milyard dollara enib. 

Rusiya prezidentinin digər müttəfiqi Süleyman Kərimovun pulu 41 faiz azalaraq 9 milyard dollara düşüb.

Bundan başqa, Böyük Britaniya hökuməti rus oliqarxlara və digər ruslara məxsus 18 milyard funt-sterlinqdən çox aktivi dondurub. 

Sanksiyalar ümumilikdə 1271 nəfərə tətbiq edilib.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top