“Tərtər işi” ilə bağlı həbs edilən generalın şikayəti təmin edilmədi

KRİMİNAL 30 dek 2022, 13:43
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. 

Demokrat.az
xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bəkir Orucovun apellyasiya şiakyəti təmin olunmayıb.   

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə Bəkir Orucovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılıb.

Qeyd edək ki, bu ilin sentyabrında Bəkir Orucovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bəkir Orucova Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Bəkir Orucov “Tərtər işi” ilə bağlı həbs olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top