Zaqatala sakini ehtiyatsızlıqdan açılan atəş nəticəsində öldü

HADİSƏ 26 dek 2022, 23:43
Zaqatala sakini ehtiyyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu gün axşam saatlarında  Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

Məsələ ilə bağlı polisə məlumat daxil olub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib.

İlkin araşdırma zamanı C. Muradovun ov tüfəngi ilə ehtiyyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top