Alman ordusu NATO tələblərinə cavab vermir — İDDİA

DÜNYA 14 dek 2022, 23:34
Parlamentin Müdafiə Komitəsinə təqdim edilən və mətbuata sızan Müdafiə Nazirliyinin məxfi hesabatına görə, Almaniya ordusu Bundesver gözə çarpan çatışmazlıqlar səbəbindən NATO-nun vəzifələrini ancaq məhdud dərəcədə yerinə yetirə bilir.

Demokrat.az xəbər verir ki, Almaniya mətbuatında yer alan xəbərə görə, ordunun artilleriya silahları, hava hücumundan müdafiə sistemləri və döyüş gəmilərindəki müasir rabitə texnologiyasındakı çətinliklər səbəbindən ancaq məhdud şəkildə öz töhfəsini verə bilər.

Hesabatda həmçinin bütün silahlı qüvvələr üçün əməliyyat hazırlığının yenidən qurulmasının zəruriliyi vurğulanıb.

Silahlı Qüvvələrin maddi, şəxsi heyəti və təlim vəziyyətinin də pis olduğu diqqətə çatdırılaraq, Almaniya donanmasının Livan sahillərində BMT-nin UNIFIL missiyasına gəmi göndərə bilməyəcəyini açıqlayıb. 

Almaniyanın 2023-cü ilin sentyabrdan etibarən Avropa Birliyinin Aralıq dənizindəki “İrini” hərbi missiyası üçün gəmi təmin etməməsinin də mübahisəli olduğu qeyd olunub. Donanmanın isə yaza qədər dənizdə təhlükəsizliyi təmin edə bilməyəcəyi bildirilib.

Slovakiyada yerləşdirilən “Patriot” raket sistemlərinin modernləşdirilməsi üçün 2023-cü ilin sonunadək Almaniyaya qaytarılmalı olduğu açıqlanıb.

Jalə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top