Ceyhun Bayramov Polşaya getdi

XARİCİ SİYASƏT 30 noy 2022, 08:43
Noyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşa Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Demokrat.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top