Qayın yeznəsini və onun qardaşını bıçaqladı

HADİSƏ 15 noy 2022, 22:27
Bakının Binəqədi rayonunda qayın yeznəsini və onun qardaşını bıçaqlayıb.

"Report"un məlumatına görə, 1997-ci il təvəllüdlü Haqverdiyev Orxan Əliislam oğlu və onun qardaşı Haqverdiyev Əmrah Əliislam oğlu bıçaqlanıblar.

Xəsarət alan qardaşların yaxın qohumlarından aldığımız məlumata görə, hadisə ailə münaqişəsi zəminində Əmrah Haqverdiyevin qayını Əmirullayev Eldəniz İbrahim oğlu tərəfindən törədilib və o, polis nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top