“İranın işi-gücü bizə aftafa, təsbeh və narkotik keçirtməkdir” — Deputat

SİYASƏT 02 noy 2022, 14:45
“İran hər zaman bizə düşmən mövqedə dayanıb və bu da heç kəsə sirr deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.  Deputat vurğulayıb ki, İran Azərbaycanın inkişaf etməsini və  söz sahibi olmasını qısqanır: 

“Bilirik ki, İranda 40 milyondan çox azərbaycanlı yaşayır. İran fikirləşir ki, oradakı azərbaycanlılar ayağa qalxa və öz müstəqilliklərini elan edə bilərlər. Buna görə də, İran bizə qarşı kinlidir. 44 günlük Vətən müharibəsində də İranın kimin tərəfində durduğunu gördük. İran İmam Hüseynin tərəfində durmadı, Sümürün, Yezidin tərəfində durdu. Azərbaycanda da onun agenturası həmişə işləyib. DTX-ya eşq olsun ki, bunun üstünü açdı. Görünür, DTX çoxdan izləyirmiş bunların fəaliyyətini. Düzdür, indi 19 adam həbs edilib, ancaq bunların sayı 19 deyil, bəlkə də 1900-dən hələ çoxdur. Hər halda, bu insanlar Vətənə və dövlətə xəyanət ediblər. Bu işin üstünün açıldığına görə DTX-nı alqışlayıram, şəxsən Əli Nağıyevi alqışlayıram. Bu işləri bacardı, dövlət əleyhinə olan cinayətlərin üstünü açdı və həbs etdi. Buna yalnız sevinmək olar. Özünü  yalançı şiəlik pərdəsi adı altında burada iş aparanların, irançıların da bir az əl-ayaqları yığışar”. 

A.Abbas qeyd edib ki, tutulanları xaricdən maliyyələşdirənlər də axtarıb tapılmalıdır:

“Hər halda, müvafiq orqanlar məndən yaxşı bilir. Bu sahədə xeyli işlərin görülməsinə ehtiyac var. Həmçinin, Xarici İşlər Nazirliyi də İrana gedən vətəndaşlarımızı ehtiyatlı olmağa səsləməlidir. Onlar ora getməsələr yaxşı olar, çünki bizlərdən kimsə ora xəstəsini aparsa, yalandan şərləyə bilərlər. Necə vaxtilə Qənimət Zahidi şərləmişdilər, sənədə qol çəkdirmişdilər. Düzdür, gələndə etiraf etdi ki, incidiblər və belə bir sənədə qol çəkdiriblər. İranın işi gücü bizə aftafa, təsbeh və narkotik keçirtməkdir.  Çox təəssüf ki, bəzi vətəndaşlarımızı din adı altında aldadırlar. Bizdə hələ xürafatçılıq var, əslində özünə İmam Hüseynçi deyənlər heç Hüseynin qiymətini, qədrini bilmirlər. Bilsələr, İrana nifrət edərlər. Onlar Hüseynçi olsalar, Sümürün, Yezidin tərəfində dayanmazlar”.  

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top