Hərbi Prokurorluq Buğdadağda tapılan minalarla bağlı araşdırmalara başladı

HADİSƏ 04 okt 2022, 17:53
Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 1-2 oktyabr 2022-ci il tarixlərində erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.

Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top