Sudanda 110-dan çox insan daşqınların qurbanı olub

DÜNYA 04 sen 2022, 22:32
Sudanda daşqınlar nəticəsində ölənlərin sayı 112 nəfərə çatıb.

Bu barədə bazar günü yerli təhlükəsizlik xidmətinə istinadən "Al Jazeera" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, təbii fəlakət 4000-dən çox yaşayış binasının da dağılmasına səbəb olub.

Al Hadath telekanalı daha əvvəl bildirmişdi ki, Sudanın paytaxtı Xartumdakı beynəlxalq hava limanı hava şəraiti ilə əlaqədar bazar günü səhər öz işini qismən dayandırmaq məcburiyyətində qalıb.

Ötən il daşqınlar 80 nəfərin həyatına son qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top