Salyanda “Cüdo hamı üçün” devizi altında kütləvi idman tədbiri təşkil edilib — FOTOLAR

İDMAN 07 avq 2022, 21:11
7 avqust 2022-ci il tarixində Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən “İdman hamı üçün” layihəsi çərçivəsində “Cüdo hamı üçün” devizi altında kütləvi idman tədbiri təşkil edilib.

Salyan şəhəri Heydər Əliyev küçəsi 107 ünvanında yerləşən Uşaq Əyləncə parkında təşkil edilən kütləvi idman tədbirində uşaq, yeniyetmə və gənclər iştirak ediblər. İdmançılar cüdo idman növü üzrə təcrübəli məşqçi müəllim Zaur Əliyevin rəhbərliyi ilə cüdo üzrə nümunəvi çıxışlar nümayiş etdirmişlər.

Sonda nümunəvi çıxışlarda fərqlənən idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin sertifikatları ilə təltif olunmuşdur.

Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd uşaq , yeniyetmə və gənclər arasında idmana marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top