ABŞ-da bayram paradında ölənlərin sayı artdı — YENİLƏNİB

DÜNYA 04 iyl 2022, 22:12
ABŞ-ın Müstəqillik Günü şərəfinə keçirilən paradda atışma nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayılan məlumata görə, atıcı paradın keçirildiyi ərazinin yaxınlığındakı evlərdən birinin damından atəş açıb.

O, hazırda azadlıqdadır və ehtimal ki, kamuflyaj geyimindədir. Hadisə yerində nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Yerli sakinlərə evdə qalmaq və şəhərin mərkəzinə daxil olmamaq tapşırılıb.

Saat 21:07

ABŞ-da Müstəqillik Günü paradı zamanı atışma baş verib.

APA CNN-ə istinadən xəbər verir ki, atışma Çikaqodan təxminən 40 kilometr şimalda yerləşən İllinoys ştatında olub.

Yerli hakimiyyət paradın ləğv edildiyini bildirib və həmçinin vətəndaşlara şəhərin mərkəzindən uzaq durmağı tövsiyə edib.

Hadisə şahidlərinin sözlərinə görə, ən azı 20-25 atəş səsi eşidilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top