Lerikdə axtarışda olan şəxs oğlu ilə birgə polisə xəsarət yetirdi

KRİMİNAL 18 iyn 2022, 13:42
Lerikdə axtarışda olan şəxs saxlanılıb, oğlu yaba ilə polisə xəsarət yetirib.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 17-si saat 12 radələrində Lerik rayonunun Zərdəbərə kəndində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları tərəfindən saxlanılarkən o və yanında olan oğlu Ruslan tabesizlik göstərib, yaba ilə onlardan birinə xəsarət yetiriblər.

Buna baxmayaraq, polis əməkdaşları tərəfindən V.Əliyev saxlanılıb, oğlu Ruslan hadisə yerindən qaçsa da, tutulması təmin edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top