ABŞ səfiri azərbaycanlı məşqçiləri qəbul etdi — FOTO

SİYASƏT 12 iyn 2022, 12:43
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ABŞ-da iki həftəlik intensiv Beynəlxalq İdman Ziyarətçiləri proqramında iştirakdan sonra vətənə dönən on üç azərbaycanlı basketbol məşqçisini təbrik edib və onları sertifikatlar ilə təltif edib.

Bununla bağlı ABŞ səfirliyi məlumat paylaşıb.

Paylaşımda deyilir:

“Amerikada olarkən məşqçilər gənclər üçün nəzərdə tutulan idman proqramlarının həm meydanda, həm də meydandan kənarda qızlara və gənc qadınlara dəstək verməsi barədə öyrəniblər. Səfər çərçivəsində onlar NCAA Dördlər finalı basketbol oyunlarını izləyiblər.

“Dördlər finalı” oyunları 2022-ci ildə Minnesota ştatının Minneapolis şəhərində keçirilmiş qadınların milli universitet çempionatının final mərhələsidir.

Səfir idmanın insanları bir araya gətirməklə və müsbət sosial dəyişikliklər təkan verməkdə oynadığı güclü rolu vurğulayıb”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top