Zurabişvilinin Ukrayna səfərinə icazə verilmədi

REGİON 10 iyn 2022, 22:50
Gürcüstan Prezidenti Salome Zurabişvili hökumətin onun Ukraynaya və bir sıra digər ölkələrə səfərinə icazə vermədiyini deyib.

Demokrat.az xəbər verir ki, bu barədə “Qruziya Online” məlumat yayıb.

Zurabişvilinin sözlərinə görə, o, Brüsselə Gürcüstanın namizədliyini dəstəkləmək üçün gəlib, lakin hökumət onun bir sıra ölkələrə səfərinə icazə verməkdən imtina edib.

"Mən Fransaya, Polşaya və ola bilsin ki, Ukraynaya səfər etmək istəyirdim, namizədliyin müzakirəsi prosesinin (Aİ-yə daxil olmaq üçün) sürətləndirilməsinə görə təşəkkür etməli idim, lakin yenə də rədd cavabı verildi",  - o, qeyd edib.

Leyla
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top