Bu rayonlarda da vəzifəli şəxslər saxlanıldı — Növbəti əməliyyat

HADİSƏ 03 iyn 2022, 14:34
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Beyləqanda əməliyyat keçirməsi barədə xəbər vermişdik.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki, Qazax və Xaçmazda yerləşən Ərazi Şöbələrində də axtarışlar aparılıb. Həmin idarələrin bir neçə vəzifəli əməkaşı saxlanılıb.

Qeyd edək ki, əməliyyat çərçivəsində qurumun Beyləqan Ərazi şöbəsinin müdiri Elsevər Paşayev də saxlanılıb.

Baş İdarənin həyata keçirdiyi əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top