Paşinyan üç qapını döydü: Qarabağda “çıxış yolu” axtarır

SİYASİ 27 may 2022, 17:36
Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş Minsk qrupunun həmsədr ölkələrinin səfirləri ilə görüşdü.

- Amerikalı səfirlə görüşdə Vaşinqtonun Qarabağla bağlı dəqiq mövqeyinin ifadə edilməsini istədi;

- Rusiyalı səfirlə “Minsk qrupu formatının vacibliyindən” danışdı;

- Fransalı səfirə “ölkəsinin Minsk qrupunda həlledici rol oynadığından” bəhs etdi;

Brüsseldə “status” iddiasının “etnik ermənilərin hüquqları” ilə əvəzlənməsindən sonra Paşinyan “çıxış yolu” axtarır.

Birincisi, mümkünsüz olduğunu anlasa da, Minsk qrupu formatının yenidən bərpa edilməsi imkanlarını axtarır;

İkincisi, Qarabağda “status” iddiasına hansı ölkənin dəstək verə biləcəyini anlamağa çalışır;

Erməni baş nazir həm də bu üç ölkənin hər biri üzərindən manevr etməyə cəhd göstərir: sülh sazişinə yanaşmada ABŞ-ı Avropa İttifaqına qarşı qoymaq istəyir; Fransa üzərindən Aİ-nin “status”la bağlı mövqeyinə təsir etmək imkanını yoxlayır; Rusiyanı alternativ qapı olaraq saxlayır;

Asif Nərimanlı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top