“Bu yarışı daha gözəl tərzdə şəhərimizin qonaqlarına, bütün dünyaya nümayiş etdirəcəyik”

İDMAN 23 may 2022, 15:22
“2022-ci il Formula-1 Azərbaycan Qran-Prisinə sayılı günlər qalıb. Bütün Bakı şəhər halqasının işçi heyəti bu yarışı çox böyük səbirsizliklə gözləyir.”

Bu barədə Formula-1 Azərbaycan Qran Prisi Milli Mətbuat Katibi Turab Teymurov Demokrat.az-a yarışqabağı hazırlıq işlərindən danışarkən bildirib: 



“Əminik ki, bu yarışı daha gözəl tərzdə şəhərimizin qonaqlarına, bütün dünyaya nümayiş etdirəcəyik. Hazırda hazırlıq işləri görülür. 15 aprel tarixindən etibarən montaj işləri trek boyu görülür. İrimiqyaslı işlər daha çox yarışın birinci ilində görülüb- asfalt qatı döşənib, indi isə kiçikmiqyaslı işlər görülür- tribunalar quraşdırılır, beton bloklar qurulur və s. Montaj işləri yarışa bir neçə gün qalmış bitəcək, treki Beynəlxalq Avtomobil Federasiyasına elə həmin zaman təhvil verəcəyik və yarışa tam olaraq hazır olacağıq.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top