Hindistanda yüksək hava temperaturu ölümlərlə nəticələndi

DÜNYA 03 may 2022, 22:50
Hindistanın Maharaştra əyalətində havanın temperaturu son 6 ilin ən yüksək səviyyəsinə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, istilər nəticəsində 25 nəfər həyatını itirib.

Səhiyyə Nazirliyi bildirir ki, 2022-ci ildə may ayının əvvəlinə kimi 381 isti vurma hadisəsi qeydə alınıb.

Son həftələr yarımadanın bir çox yerlərində, xüsusilə Hindistan və Pakistanda temperatur təhlükəli dərəcədə yüksək olub.

Aprelin 28-də Hindistanın paytaxtı Dehlidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Ölkənin şərqindəki Odişa əyalətində məktəblər bir həftə bağlanıb.

Ölkənin bir çox bölgəsində havanın temperaturunun 45 dərəcəni keçdiyi bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top