Mayda taekvondo üzrə Bakı açıq birinciliyi keçiriləcək

İDMAN 28 apr 2022, 11:02
9-10 may 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində taekvondo üzrə Bakı şəhər açıq birinciliyi keçiriləcək.

Demokrat.az xəbər verir ki, turnir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunur. 

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyası tərəfindən təşkil olunacaq şəhər birinciliyində uşaq, yeniyetmə və gənc taekvondoçular mübarizə aparacaq.

Yarışa Azərbaycan Taekvondo Federasiyasının üzv olduğu və Dünya Taekvondo Federasiyasının tətbiq etdiyi qlobal üzvlük sistemində yer alan müvafiq hazırlığa malik idmançılar buraxılır.

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top