Gəncədə ata dəm qazından öldü, qızı xəstəxanaya yerləşdirildi

HADİSƏ 23 yan 2022, 15:35
Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.

Orada yaşayan R.Atamov və onun 4 yaşlı qızı dəm qazından zəhərlənib.

Onlardan körpə xəstəxanaya yerləşdirilib, R.Atamov isə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top