Dünya

Qazaxıstan Rusiyadan kömək istədi? — KREMLDƏN CAVAB

Qazaxıstan Rusiyadan kömək istədi? — KREMLDƏN CAVAB

Kremlin mətbuat katibi Dmitri Peskov Qazaxıstanın etiraz aksiyaları ilə bağlı Rusiyadan kömək tələb etməsi məsələsinə münasibət bildirib.

Kremlin sözçüsü bu barədə ona ünvanlanmış suala mənfi cavab verib.“Xeyr. Biz əminik ki, qazaxıstanlı dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər”, - D. Peskov vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasına ümid edir.

Bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilib.

“Qardaş qonşu ölkədə baş verənləri diqqətlə izləyirik. Biz bütün problemlərin küçə iğtişaşları və qanunların pozulması ilə deyil, konstitusiya-hüquqi və dialoq çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıyıq. Biz Rusiyanın strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, qardaşlıq, insani təmaslarla bağlı olduğu ölkədə vəziyyətin mümkün qədər tez normallaşmasına ümid edirik”, - Rusiya XİN-in məlumatında vurğulanıb.

Qeyd olunub ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkədə vəziyyətin sabitləşməsi üçün atdığı addımları daxili problemlərin dinc yolla həllinə yönəlib: “Rusiyanın Qazaxıstandakı xarici nümayəndəlikləri ilə əlaqə saxlayırıq. Diplomatik və konsulluq nümayəndəliklərimiz ətrafında vəziyyət sakit olaraq qalır. Hazırda əldə olunan məlumata görə, Qazaxıstan Respublikasında Rusiya Federasiyası vətəndaşları arasında xəsarət alan yoxdur”.

Demokrat.az

D
demokrat.az