Uşaqların gələcəyini təmin etmək valideynlərin əsas qayğılarından biridir. Təhsil, yaşayış və digər zəruri ehtiyacların xərcləri artdıqca, övladının gələcək maliyyə təminatını indidən düşünən ailələr üçün yığım məsələsi də aktuallaşır.
Bəs Azərbaycanda uşağın gələcəyi üçün indidən pul yığmağa başlamaq nə dərəcədə vacibdir? Ailələr övladlarının təhsil və digər gələcək xərclərini qarşılamaq üçün hansı maliyyə strategiyalarına üstünlük verməlidirlər?
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sosial müdafiə mexanizmlərinin məhdudluğu, yüksək səviyyədə təhsil və mənzil imkanlarının əlçatan olmaması, eləcə də startapların maliyyələşdirilməsi üçün inkişaf etmiş alətlərin çatışmazlığı ailələrin uşaqlarının gələcəyi üçün indidən yığım etməsini zəruri edir.
Onun sözlərinə görə, bu gün hər bir Azərbaycan ailəsinin qarşısında duran çağırışlardan biridir:
"Lakin, təbii ki, bu özü də ailələrin hazırkı maliyyə vəziyyəti ilə bağlı olan bir məsələdir. Ailələrin biz hazırda ölkədə gəlir səviyyəsini, eyni zamanda xərc istiqamətlərini, inflyasiyanı, əhalinin borc yükünü nəzərə almış olsaq, heç də ailələrin böyük hissəsinin belə bir yığım etmək imkanları yoxdur deyə bilərik. Amma bununla belə, əgər ailənin bənzər imkanları varsa, bu istiqamətdə yəni müəyyən vəsaitlər ayıra bilirsə, təbii ki, bu məqsədə müvafiq hesab olunur və bu məqsədlə yığımlar da daha yaxşı olar ki, hansısa formada, yəni təklif edilən bank xidmətlərindən, məhsullarından istifadə edilməklə həyata keçirilsin. Ən azından passiv yığımçılar bu istiqamətdə mövqe ortaya qoya bilərlər. Çünki aktiv deyir ki, investorlar təbii ki, vəsaiti daha gəlirli sahələrdə dəyərləndirməklə övladları üçün daha etibarlı və güclü təminat formalaşdıra bilərlər.
Amma yəni biz passiv yığımçılardan danışırıqsa, onların düşünürəm ki, bu vəsaitləri bank maliyyə alətlərindən istifadə etməklə dəyərləndirilməsi daha məqsədəuyğundur. Ən azından əmanət kimi yerləşdirilən vəsaitlərin inflyasiyanın təsirindən qorunması mümkün olur. Bu dövr ərzində hətta bəzi hallarda həmin vəsaitlər, yəni əmanət faizləri inflyasiya ilə müqayisədə daha yüksək olur ki, bu da vəsaitlərin həcminin artmasına, xüsusilə də nəzərə alsaq ki, mürəkkəb faiz effektinin bu istiqamətdə çox böyük nəticələri ola bilər uzunmüddətli dövrdə, bu yolu seçməsinə düşünürəm ki, bu yolu bu yolda təbii addımlar atmasına ehtiyac vardır. Amma nəzərə almaq lazımdır ki, yəni əslində uşaqların inkişafı mərhələsinə lazım olan vəsaitin ayrılması ilkin mərhələdə daha vacibdir. Onların yəni keyfiyyətli təhsil alması, keyfiyyətli səhiyyə xidmətlərindən istifadə etməsi, sağlam qidalanması üçün vəsaitlər sərf olunduqdan sonra artırılan istiqamətlər də yığım edilməlidir.
Əks halda, yəni həmin uşağın bu gün təhsilinə kifayət qədər vəsait, sağlamlığına kifayət qədər vəsait qoyulmadığı təqdirdə onun gələcəyi üçün, yəni buradan qənaət edib onun gələcəyi üçün yığımların edilməsi də məqsədəuyğun hesab olunmur, çünki bunun ciddi fəsadları ola bilər, bu arzu olunan deyil. Yəni bu imkanlar olduğu təqdirdə, bunu etdiyiniz təqdirdə planlı şəkildə gələcək üçün də yığımların edilməsi, ehtiyatların formalaşdırılması vacibdir, çünki bir çox hallarda, məsələn, siz keyfiyyətli təhsili xarici universitetlərdə axtarırsınızsa, o zaman yəni heç də, yəni hər zaman yəni bu skolyarşip proqramlarından istifadə imkanı olmur. Bir çox insanlar öz vəsaitləri hesabına bu proqramları maliyyələşdirməli olurlar, özlərinin bilik və bacarıqlarını artırmaq üçün və buna da vəsait lazım olur və belə hallarda həmin ehtiyatlar çox deyir ki, ciddi müsbət nəticəyə gətirib çıxardıla bilər".


