Dünya

Yəmənin aeroportundakı partlayışda ölənlərin sayı artır

Yəmənin aeroportundakı partlayışda ölənlərin sayı artır

Yəmənin cənubunda Ədən Beynəlxalq Hava limanı yaxınlığında törədilən partlayışda ölənlərin sayı artıb. Belə ki, hadisə zamanı 12 nəfər ölüb, daha 43 nəfər yaralanıb.

Ədəndəki Əl-Cumhuri Xəstəxanasının rəsmiləri yaralıların təcili yardım mərkəzində müalicə olunduğunu və bütün tibb işçilərinin səfərbər edildiyini bildirib. Rəsmi nümayəndə həmçinin yaralılar üçün qanvermə çağırışının olduğunu da açıqlayıb.

Hava limanında baş verən partlayış yaxınlıqdakı hoteldə güclü yanğına səbəb olub.

*** 22:34

Yəmənin cənubunda Ədən Beynəlxalq Hava limanı yaxınlığında güclü partlayış baş verib. Xarici KİV-lərin yaydığı məlumata görə, partlayış nəticəsində azı 10 nəfər ölüb. Qeyd olunur ki, partıayış avtomobilə quraşdırılmış minanın partlaması nəticəsində baş verib.

D
demokrat.az