Dünya

ABŞ Ukraynaya 3 milyard dollar yardım ayıracaq

ABŞ Ukraynaya 3 milyard dollar yardım ayıracaq

ABŞ memorandum imzaladıqdan sonra Ukraynaya 3 milyard dollarlıq yardım göstərəcək.

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəsmi nümayəndəsi, keçirdiyi xüsusi brifinqdə deyib. Məlumata görə, yardımın 60 milyon dolları hərbi yardım üçün ayrılacaq: “Bayden-Zelenski görüşündə iqtisadi tərəfdaşlığımızı dərinləşdirmək üçün müzakirələr aparacağıq. Ölkələrimiz ticarət sahəsində əməkdaşlıq haqqında memorandum üzərində işlərini tamamlayacaq. Daha sonra ixrac-idxal bankı “Eximbank”-dan 3 milyard dollar məbləğində ilkin dəstək ayrılacaq”.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatların aid “Eximbank” milli biznesin xarici bazarlara çıxmasını dəstəkləmək üçün ABŞ hökumətinin ixtisaslaşmış bir qurumudur.

Demokrat.az

D
demokrat.az