Dünya

ABŞ yanğınlarla mübarizə üçün Türkiyəyə 2 helikopter göndərdi

ABŞ yanğınlarla mübarizə üçün Türkiyəyə 2 helikopter göndərdi

ABŞ-ın Türkiyədəki meşə yanğınları ilə mübarizə üçün göndərdiyi 2 helikopter Türkiyəyə çatıb.

Demokrat.az xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi bununla bağlı feysbuk səhifəsində paylaşım edib.

“Dostumuz və NATO-dakı müttəfiqimiz Türkiyə ilə bağlı öhdəliklərimizə sadiqik. Birlikdə daha güclüyük”, - məlumatda qeyd edilib.

Helikopterlərlə birlikdə 18 ekipaj üzvü yanğınların söndürülməsində iştirak edəcək.(report.az)

D
demokrat.az