Belarus prezidenti Aleksandr Lukaşenko dövlət sərhədini bağlanması ilə əlaqədar əmr edib.
Demokrat.az BELTA-ya istinadən bildirir ki, dövlət başçısı məsələ ilə bağlı ölkənin güc strukturlarına göstəriş verib.
O, bildirib:
"Bu gündən etibarən istər cənub, istərsə qərbdən bir nəfərin də ayağı Belarus ərazisinə dəyməməlidir” .
Lukaşenko sərhəddəki son vəziyyəti müzakirə edərkən iclasda onu da qeyd edib ki, güc strukturları dövlət sərhədinin mühafizəsi işini daha da gücləndirməlidirlər.


