Yerə tüpürənlər 80 dollar cərimələnəcək!.. -Yanvardan...

DÜNYA 27 dek 2018, 09:46

Qırğızıstanda İnzibati Qaydapozmalar  Məcəlləsinə yeni bir maddə daxil edilib. Dəyişikliyə əsasən,  küçəyə tüpürənlər 5,500 som (təxm. 80 dollar) cərimə ilə təhdid edilirlər.

 

Moderator.az xəbər verir ki, yerli “İndiki zaman” nəşrinin yazdığına görə, bu vacib və ibrətamiz  qərar 2019-cu ilin yanvarından etibarən qüvvəyə minəcək. 

 

2016-cı ildən start verilən  "Tukurbö" ("Tüpürmə") layihəsi qırğızıstanlılara  küçələrə tüpürməyi tərgitməyi nəzərdə tutur. Bununla bağlı ölkədə hökumət, xüsusilə, Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənən müvafiq bir hərəkat da meydana gəlib.

 

2019-cu ildən etibarən Qırğızıstan sakinlərinə, həmçinin, sənaye tullantılarını və ağac yarpaqlarını yandırmaq da qadağan ediləcək . Və buna görə dördüncü kateqoriyalı cərimə -7,5 min som(təxm.  107,4  dollar) tətbiq ediləcək.

 

P.S. Qeyd edək ki, Azərbaycanda da yerə tüpürmək biabırçı və tibbi baxımdan təhlükəli  ictimai bir bəla olaraq qalır. Buna qarşı ciddi maarifləndirici və inzibati tədbirlər görmək çox vacibdir.

 

Müasir hesab edilən ölkələrdə də bu bəlaya qarşı cərimələr tətbiq edilir. Məsələn, İngiltərə paytaxtı Londonun  Enfild məhəlləsi ölkədə yerə tüpürmənin cəzalandırıldığı ilk bölgə olub. 2011-ci ildə çıxan qərarla küçəyə tüpürərkən yaxalananlara 80 funt-sterlinq pul cəzası kəsilir. İnsanlar həmin məbləği ödəmədikləri halda 5 min funt-sterlinq cərimə ilə üzləşirlər.

 

Dünyanın ən kiçik ölkələrindən olan Sinqapurda da yerə tüpürmək, zibil atmaq kimi gərəksiz hərəkətlərə görə insanlar cəza alırlar. Yalnız yerə tüpürməyə görə vətəndaşları 500 dollar məbləğində cəza gözləyir. Çində isə bu biabırçı əmələ görə 800 dollar məbləğində cərimə tətbiq edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top