Dünya

İsrail koronavirusa qalib gəlir: aktiv xəstələrin sayı 1 810 nəfərə düşüb

İsrail koronavirusa qalib gəlir: aktiv xəstələrin sayı 1 810 nəfərə düşüb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 79 nəfər yoluxub.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 837 971 nəfərə, ölənlərin sayı isə 6 350 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 829 811 nəfəri sağalıb, aktiv koronavirus xəstələrinin sayı 1 810 nəfərə düşüb.(Trend)

D
demokrat.az