Dünya

Ermənistan müxalifəti prezidentlə görüşə şərt qoydu

Ermənistan müxalifəti prezidentlə görüşə şərt qoydu

Ermənistan müxalifəti tərəfindən yaradılmış "Vətənin xilası uğrunda hərəkat" ölkəni stabil vəziyyətə gətirmək məqsədilə prezident Armen Sarkisyanla görüşə hazırdır.

Demokrat.az “TASS”a istinadən xəbər verir ki, bu barədə hərəkatın əlaqələndiricisi və “Daşnaksutyun” Partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

“Hərəkatın üzvləri prezident, baş nazir və parlament fraksiyaları ilə görüşməyə hazırdır, ancaq Paşinyanın istefası üçün yol xəritəsini müzakirə etmək üçün”-deyə, o bildirib.

Onun sözlərinə görə, baş nazirin istefasından sonra erkən parlament seçkilərinin keçirilməsi müvəqqəti hökumət qurulmalıdır.

D
demokrat.az