Moskvanın cənubunda qaz balonları anbarında güclü partlayış baş verib.
Hadisə nəticəsində anbarın binasında yanğın olub. Yanğın daha sonra yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Anbarın binası çöküb. Nəticədə xəsarət alanların olmadığı deyilir, səbəblərlə bağlı araşdırma aparılır.


