"Qarabağ"ın Avroliqadakı rəqibi bu iki klubdan biri olacaq

İDMAN 18 sen 2020, 19:46

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib. 


Demokrat.az-ın məlumatına görə, Ağdam təmsilçisi “Legiya” (Polşa) / “Drita” (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Görüş oktyabrın 1-də səfərdə olacaq. 


Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off isə oktyabrın 1-də keçiriləcək. "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzduğu üçün mübarizəyə Avropa Liqasında davam edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top