Dünya

Məhbuslar koronavirusa görə üsyan qaldırdı

Məhbuslar koronavirusa görə üsyan qaldırdı

İtaliyada hökümət məhbuslarla bağlı məhdudiyyətlər tətbiq edib.

“Reuters” xəbər verir ki, məhbuslar isə, öz növbəsində, üsyan qaldırıb.

Martın səkkizi 60-a yaxın məhbus həbsxanada yanğın törədərək qaçmağa çalışıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 500-ə yaxın məhbusun həbsxanadan qaçmasının qarşısını alıb.

Ümumi olaraq dörd həbsxananın məhbusları üsyan qaldırıb.

Qeyd etmək lazımdır ki, yeni qaydalara əsasən, məhbuslar 8-22 mart tarixlərində qohumları ilə görüşə bilməyəcəklər.

İxtişaşlar nəticəsində bir neçə insanın həlak olduğu bildirilir. (oxu.az)

D
demokrat.az