YapiKredi Müraciət Forması
Mazda CX-5
Aqrar-sənaye kompleksi

Gürcüstan bütün qoyunlarını Azərbaycana satıbmış

Gürcüstan bütün qoyunlarını Azərbaycana satıbmış

2026-cı ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 100 mindən çox baş qoyun ixrac edilib. Azərbaycan qonşu ölkənin qoyun satdığı əsas bazar olaraq ilk sırada qərarlaşıb.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hesabat dövründə Gürcüstandan ümumilikdə 234 min baş qoyun ixrac olunub. İxracın ümumi dəyəri 31,8 milyon dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 8 faiz və ya 17 min baş, dəyəri isə 40 faiz və ya 9 milyon dollar artıb.

Məlumata görə, Gürcüstan qoyunlarını ümumilikdə 7 ölkəyə satıb. İxracın 46 faizi Azərbaycanın, 26 faizi Səudiyyə Ərəbistanının, 13 faizi isə İraqın payına düşüb.

Beləliklə, Azərbaycan 2026-cı ilin ilk 10 ayında Gürcüstanın qoyun ixracında ən böyük bazar olub.

Editor
Redaktor