YapiKredi Müraciət Forması
Mazda CX-5
Aqrar-sənaye kompleksi Özəl

Bir neçə gün sonra ət bahalaşacaq — Səbəb

Bir neçə gün sonra ət bahalaşacaq — Səbəb

Yeni ilin yaxınlaşması ilə bazarlarda ərzaq məhsullarına, xüsusilə də ətə tələbatın artacağı gözlənilir. Bayram süfrəsi hazırlığına başlayan ailələr maddi imkanlarından asılı olmayaraq, süfrələrində ət məhsullarına da yer ayırmağa çalışırlar. Bu isə qarşıdakı günlərdə ət dükanlarında müştəri axınının artmasına, satışların canlanmasına səbəb ola bilər.

İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, ət bazarında qiymət bahalaşması davam edir.

Bir neçə gün sonra ət bahalaşacaq — Səbəb

Onun sözlərinə görə, bunun əsas səbəbləri içərisində həm saxlanılan heyvanların sayının azalması, həm də eyni zamanda qiymət artımına baxmayaraq tələbatın yüksəlməsidir:

"Son 10 ilin statistikalarına baxanda görəcəyik ki, saxlanılan xırda buynuzlu heyvanların sayında təqribən 20% azalma var. İri buynuzlu heyvanların sayında da bu azalmanı müşahidə etmək olar, 5-6 faizlik bir azalma var. Və bu o kontekstdə baş verir ki, əhalinin ət tələbatı 25 faizə qədər yüksəlib, yəni kəsilən ətin statistikasına baxanda görürük ki, son 10 ildə 25 faizlik artım var. Heyvandarlıqla əvvəlki səviyyədə məşğul olmamağın da özünün səbəbləri var, boş otlaq sahələrinin azalması və heyvan saxlamağı, heyvan saxlamağın bahalı bir prosesə çevrilməsi ev təsərrüfatlarının bu prosesdə rolunu azaldıb və intensiv təsərrüfatlarda isə heyvanı saxlama xərcləri daha yüksəkdir. Və bu ona gətirib çıxarır ki, ətin bahalaşması davam edir. Ətin bahalaşmasının qarşısını alan əsas faktorlardan biri idxal idi. İdxalında da, idxal edilən istiqamətlərdə də ətin bahalaşması, onu gətirib çıxarır ki, ucuz idxal geniş deyil və bu da ət bazarında yeni qiymət tarazlığı formalaşdırır. Əvvəllər ət bazarında Ukraynadan gələn ucuz ətlər rol alırdısa, Ukrayna-Rusiya müharibəsi də son illər ət bazarında qiymət bahalaşmasının əsas faktorlarındadır. Həm Rusiyada, həm Ukraynada ətin qiymətləri bahalaşıb, həm də logistika xərcləri əvvəlki kimi deyil. Və bu bütün faktorlar həm ucuz idxalın olmaması, idxalın bahalaşması, həm yerli heyvandarlıqda saxlanılan heyvanların sayının azalması, həm tələbatın yüksəlməsi ət qiymətlərini yüksəldir. Və bu artımın yaxın gələcəkdə davam edəcəyinə dair proqnozları formalaşdırır. Təbii ki, ətin bahalaşmasının müsbət aspekti odur ki, bu sahə sahibkarlar üçün tədricən cəlbedici sahəyə çevrilir. Qiymətlərin artması fəaliyyətin rentabelliyin olması, onu gətirib çıxarır ki, sahibkarlar getdikcə bu sahəyə daha çox maraq göstərəcəklər".